Türkiyədəki yanğınların “kulisi”... - "Ankaranı Vaşinqtonun “çətiri” altına...”
Banuçiçək Kalbalıyeva
11:45 05.08.2021
Gündəm
577
"İkinci bir tərəfdən, yanan yerlərin beynəlxalq şirkətlərin nəzarətinə keçməsi və hökumətlər üçün borc “bataqlığının” yaradılması da versiyalardandır”
Türkiyədə yanğınların davam etməsi fonunda artıq ayrı-ayrı dünya ölkələrində analoji hallar yaşanmaqdadır. Baş verənlərlə bağlı müxtəlif iddialar səsləndirilir. Versiyalar, ehtimallar fərqlidir. Amma bir məsələ aydındır: belə “səhnə” “rejissorsuz”, “ssenaristsiz” mümkün deyil. Odur ki, “Sherg.az” olaraq siyasi şərhçi Asif Nərimanlı ilə “kulis”i müzakirə etdik:
-Artıq beynəlxalq gündəmi zəbt edən hadisələr barədə sizin fikirləriniz nədir?
- Bizim dediklərimiz sadəcə ehtimallardır. Rusiyada, Yunanıstanda da yanğınların olması bunun qlobal miqyaslı olduğunu göstərir.
-Bəs məqsəd nədir?
-Bildiyiniz kimi, pandemiya da qlobal layihə idi. Bu yolla qlobalizmin, gediş-gəlişin qarşısı alındı. İnsanlar evlərindən çölə çıxmadılar. Vaksinasiya kütləviləşdikcə isə yenidən əvvəlki vəziyyətə qayıdırıq. Yanğınların da qlobal layihə olması və milli hökumətlərə qarşı yönəlməsi istisna deyil. Əsas hədəflərdən biri də turizmin inkişafının qarşısını almaqdır. İkinci bir tərəfdən, yanan yerlərin beynəlxalq şirkətlərin nəzarətinə keçməsi və hökumətlər üçün borc “bataqlığının” yaradılması da versiyalardandır.
-Qardaş ölkədəki yanğınların mövcud iqtidar əleyhinə olduğunu da deyirlər...
-ABŞ prezidenti Co Baydenin seçkilər ərəfəsindəki açıqlamaları, Ərdoğanla görüşdə ortaq məxrəcə gələ bilməmələri bu ehtimala əsas verir. Ümumiyyətlə, ABŞ-da demokratlar milli hökumətlərlə işləməyi sevmirlər. Hədəf Ankaranı yenidən Vaşinqtonun “çətiri altına” salmaqdır.
-Elə isə niyə terrorun başqa növlərindən istifadə edilmir?
-Türkiyənin terrora qarşı uğurlu mübarizəsi göz qabağındadır. Silahlı terrorun qarşısı dəfələrlə alınıb. Yanğınlar isə təxribatçılar üçün ən asan və rahat yoldur. Xüsusilə turizm bölgələrinin yandırılması iqtisadiyyatı zəiflətməyə hesablanıb.
-Bu, Ərdoğan hakimiyyəti üçün nə qədər təhlükəlidir?
- Hökumət nə qədər sosialyönümlü addımlar atsa da, daxildə narazılıq yaranacaq. Yanğınlardan əvvəl müxalifətin tələb etdiyi erkən seçkilər məsələsi yenidən gündəmə gələ bilər. Bu isə AKP üçün çox təhlükəlidir. Ciddi səs itkiləri ola bilər. Nəzərə almaq lazımdır ki, AKP-nin hakimiyyətini təmin edən əsas məqam iqtisadiyyatla bağlıdır. Və son illərdə Türkiyənin iqtisadiyyatı zəifləməkdədir. Onu da deyim ki, hətta erkən seçkilər keçirilməsə belə, 2023-cü ildə AKP hakimiyyəti üçün təhlükə yenə qalacaq.
-Prezident Ərdoğanın insanlara çay paylamasındakı mesaj nə idi?
- Bu, qədim ənənədir. Dövlət başçısı demək istəyirdi ki, səbrli olun, hər şeyi həll edəcəm. Bu, xalqı sakitləşdirməyə hesablanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat