
Uğurun başlanğıcı...
09:44 17.02.2024
Gündəm
352
Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları genişlənir “Yaşıl Dəhliz” layihəsi vasitəsilə bərpaolunan enerji vasitələri hesabına istehsal olunacaq elektrik enerjisi Azərbaycan-Gürcüstan-Qara dəniz üzərindən Macarıstana və Rumıniyaya ixrac olunacaq
Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti dövlətin prioritet strategiyalarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur.
Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirib.
Fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycanın tranzit potensialına toxunan Prezident İlham Əliyev deyib ki, açıq dənizə çıxışı olmayan Azərbaycanın bu sahədə güclü potensiala malik olması kifayət qədər əhəmiyyətli bir uğurdur.
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.aza açıqlamasında deyib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib:

“Ölkəmiz elə bir coğrafi koordinatda yerləşir ki, həm Şərqlə Qərbin, həm Avropa ilə Asiyanın müxtəlif nəqliyyat kommunikasiya, enerji dəhlizləri məhz bu coğrafiyadan keçir. Yerləşdiyimiz ərazi ölkəmiz üçün coğrafi üstünlükdür. Eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş olması həm Asiya ölkələrinin, həm də Avropa ölkələrinin diqqətini bu istiqamətə yönəldir.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycanda kəsişdiyini vurğulayan E.Əmirov deyib ki, Əfqanıstandan başlayan Lapis lazuli dəhlizi də Azərbaycandan keçir. Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xətti, “Rəqəmsal İpək yolu” da Azərbaycandan keçir. Eyni zamanda Azərbaycandan Avropaya, o cümlədən də Mərkəzi Asiyadan Avropaya hədəflənmiş “Yaşıl Dəhliz” layihəsi vasitəsilə bərpaolunan enerji vasitələri hesabına istehsal olunacaq elektrik enerjisi Azərbaycan-Gürcüstan-Qara dəniz üzərindən Macarıstana və Rumıniyaya ixrac olunacaq. Bu dəhlizin potensialının gerçəkləşməsi üçün ölkəmizdə olan alternativ enerji mənbələrindən istifadə edərək ilkin mərhələdə 4 geqavata qədər elektrik enerjisi ixrac edilməsi mümkün olacaq. Azərbaycan Avropanın qaz təchizatında, ələlxüsus da Şərqi Avropanın qaz təchizatında kifayət qədər önəmli rol oynayır. 8-dən çox ölkəni Azərbaycan birbaşa qazla təmin edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya
İran və Oman Hörmüz boğazından əldə edilən gəlirləri bölüşdürəcək
16:30 26.08.2026
Dünya
Dünya musiqisinin əfsanəsi Dolly Parton 80 yaşında vəfat edib
16:29 26.08.2026
Mədəniyyət
Nəsib Nəsibli: Netanyahunun bu sözündə həqiqət payı var
15:51 26.08.2026
Aktual
Astanada Qazaxıstan-Çin Süni İntellekt Məktəbi açılacaq
15:30 26.08.2026
Texnologiya
Ucarda zibil poliqonu yanır - FOTO
15:22 26.08.2026
Hadisə
Netanyahu: “Oğullarımdan birini öldürmək istədilər”
15:20 26.08.2026
Dünya
Ərdoğan : “Heç kimə boyun əymərik”
15:03 26.08.2026
Gündəm
İrəvan: Verilmiş vaxt bitdi, KTMT-dən çıxa bilərik
15:00 26.08.2026
Siyasət
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:57 26.08.2026
Elm və Təhsil
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:56 26.08.2026
Mədəniyyət
Peskov: Donbas bizimdir
14:35 26.08.2026
Dünya
Rusiya XİN-dən Paşinyana cavab: Bu, şantajdır
14:34 26.08.2026
Dünya
Paşinyan özünə görə Köçəryanı zərərsizləşdirir - Hüquqşünas
14:19 26.08.2026
Gündəm
Həkimlər Köçəryanın məhkəməyə aparılmasına icazə vermədi
13:57 26.08.2026
Region