Ukrayna Ordusu Belqorod və Udmurtiyaya PUA zərbəsi endirib - YENİLƏNİB

Ukrayna Ordusu Udmurtiyaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

TASS xəbər verir ki, PUA zərbəsi nəticəsində 3 nəfər ölüb, daha iki nəfər, o cümlədən bir uşaq yaralanıb.

***

Ukrayna Ordusu Belqorod vilayətinin Kazaçya Lisitsa kəndinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

TASS xəbər verir ki, PUA zərbəsi nəticəsində 3 nəfər ölüb.

Hadisə zamanı 3 nəfər də yaralanıb.