Ukrayna Prezidenti: ABŞ Donbasda demilitarizasiya zonası yaratmağı təklif edir

ABŞ Ukraynaya Donbasla bağlı kompromis təklif edir.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb.

Belə ki, Ukrayna Silahlı Qüvvələri Donbasdan geri çəkilməli və bölgədə Rusiya qoşunlarının iştirakı olmadan "demilitarizasiya zonası", yaxud "azad iqtisadi zona" yaradılmalıdır.

"Amerika tərəfi Donbasın bir hissəsində qondarma "azad iqtisadi zona" və ya rusların dediyi kimi, "demilitarizasiya zonası"nın yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq", - Ukrayna lideri qeyd edib.

Zelenski bu kontekstdə Kiyevin Donbasla bağlı mövqeyinin dəyişməz olduğunu vurğulayıb: "durduğumuz yerdə dayanırıq. Donetsk vilayətində "azad iqtisadi zona" ya gedəcəyikmi? Bu suala Ukrayna xalqı cavab verəcək".