Ukrayna nümayəndə heyəti ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə Mayamidə keçirilən danışıqları vaxtından əvvəl başa çatdırıb.
Sherg.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, buna Donald Tramp və Vladimir Putin arasında dizel yanacağı ilə bağlı razılaşma barədə yayılan məlumat səbəb olub.
Qeyd edək ki, daha əvvəl ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların iki gün davam edəcəyi bildirilmişdi.
Kremlin məlumatına görə, Rusiya ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Putin bu tədarüklərin qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.