Ukrayna və ABŞ-nin Azərbaycandakı səfirləri görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ABŞ-nin yeni təyin olunan səfiri Mark Libbi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə ukraynalı diplomat "X" hesabında bildirib.
"Onu ABŞ-nin Azərbaycanda növbəti səfiri təyin olunması münasibətilə təbrik etdim. ABŞ və Ukrayna arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə etdik" - səfir Kanevski qeyd edib.