USAID regionda separatçı qüvvələri dəstəkləmir və heç vaxt dəstəkləməyib
Yusif Nəzərli
17:48 07.02.2022
Gündəm
376
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) regionda separatçı təşkilatları və ya separatçı qüvvələri dəstəkləmir və heç vaxt da dəstəkləməyib.
Bu barədə “Report”a USAID-nin Qarabağda separatçılara yardım göstərməsi ilə bağlı açıqlamaları şərh edərkən ABŞ səfirliyinin nümayəndəsi bildirib.
“USAID regionda münaqişədən zərər çəkmiş insanlara, eləcə də Azərbaycanda məcburi köçkünlərə humanitar yardım göstərir. Bu humanitar yardıma minalardan təmizləmə, mənzil və məktəb təmiri, ilkin tibbi-sanitar yardım, su təchizatı və kənd təsərrüfatı daxildir”, - səfirlikdən qeyd ediblər.
Əlavə olunub ki, ABŞ-ın Bakıdakı səfirliyinin tərkib hissəsi kimi USAID-nin Azərbaycandakı missiyası münaqişə nəticəsində ziyan dəymiş ərazilərin bərpasına dəstək olmaq və bu prosesdə iştirak etmək baxımından hökumətlə dialoq aparır, üstəlik, son 30 il ərzində USAID Azərbaycanın inkişafının təşviqi üçün 400 milyon ABŞ dollarından çox ikitərəfli yardım, eləcə də humanitar yardım göstərib.
“USAID/Azərbaycan davam edən inkişaf fəaliyyətlərinin bir hissəsi kimi Azərbaycan vətəndaşlarına dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir” - səfirlikdən vurğulanıb.
Qeyd edək ki, bugünlərdə “Caliber.az” saytı Xocavənd rayonunun 2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğaldan azad etdiyi Bulutan kəndində işğal dövründə USAID tərəfindən tibb məntəqəsinin tikilib və lazımi avadanlıqlarla təchiz edilməsi barədə məlumat yayıb.
Bunun sübutu kimi saytda tibbi yardım məntəqəsinin avadanlıqlarında USAID-nin loqolarının əks olunduğu fotolar yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya