Vaşinqton anlaşmasını Türkiyə məmnunluqla qarşılayır - İsmail Cingöz
12:19 11.08.2025
Gündəm
564
Zəngəzur vasitəsilə Türkiyənin Türküstan coğrafiyasına, Türk Dövlətlərinə quru yolu ilə birbaşa bağlantısı reallaşacaq
Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişələr və gərginliklərdən sonra tərəflər ABŞ-nin vasitəçiliyi ilə diplomatik həll yollarına üstünlük verməyə başlayıb. Bu yanaşma təkcə region ölkələri üçün deyil, həm də daha geniş coğrafi məkan üçün strateji əhəmiyyət daşıyır. Regional kommunikasiyaların açılması, iqtisadi inkişafın dərinləşməsi və siyasi dialoqun güclənməsi istiqamətində atılan addımlar ümidverici perspektivlər vəd edir. Region ölkəsi olaraq Türkiyənin də bu mövzuda maraqları diqqət mərkəzindədir.
Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə türkiyəli ekspert Sherg.az-a açıqlama verib:
"Noyabrın 10-nu 2020-ci il tarixində atəşkəslə dayanan və Ermənistanın məğlubiyyətini qəbul etməsi ilə nəticələnən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və daimi sülhə dair danışıqlar davam edib. Bu danışıqların davamı olaraq 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli zirvədən sonra iki ölkə arasında “sülh üçün yol xəritəsi” kimi qiymətləndirilən birgə bəyanatın imzalanması bu istiqamətdə mühüm bir dönüm nöqtəsi olub.
Bu bəyanatla tərəflər yaxın zamanda daimi və yekun sülh sazişinin imzalanacağını da öhdələrinə götürmüş oldular. Həmin zirvə çərçivəsində Azərbaycanın Ermənistan üzərindən Naxçıvana birbaşa bağlantısını təmin edəcək Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə olunması da mühüm məsələlərdən biri oldu. Bu, vacib bir problemin həlli baxımından xüsusi əhəmiyyət kəsb etdi".
Politoloq həm birgə bəyanatın, həm də Zəngəzur dəhlizi məsələsinin həllə qovuşmasını Türkiyənin məmnunluqla qarşıladığını söyləyib:
"Türkiyənin rəsmi qurumları ard-arda məmnuniyyətlərini ifadə etdilər. Çünki Türkiyənin və Türkiyə üzərindən Avropa-Türküstan-Çin xəttlərinin fasiləsiz şəkildə quru və dəmir yolları ilə bir-birinə bağlanacaq olması, yüz ili aşan bir arzunun gerçəkləşməsi anlamına gəlir.
Ən önəmlisi isə Türkiyənin Türküstan coğrafiyasına, Türk Dövlətlərinə quru yolu ilə birbaşa bağlantısının reallaşacaq olması tərifolunmaz sevincə səbəb olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol