Vaşinqtonda İlham Əliyevlə Paşinyanın görüşü mümkündür
Yusif Nəzərli
08:18 12.04.2023
Gündəm
442
ABŞ və Qərb yekun sülh sazişinin imzalanmasında maraqlıdır
Bunun mümkün qədər tez bir zamanda baş verməsinə cəhd göstərirlər
Ermənistan mətbuatı yenidən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün olacağını yazır. "Past" nəşri yazıb ki, mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək. Qeyd olunub ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Görüşün təşəbbüskarı isə öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-nin Dövlət katibi Entoni Blinkendir. Nəşr vurğulayıb ki, Avropa dairələri də görüş üçün fəallıq göstərir: “Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Avropalılar qarşıdan gələn görüşün onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər”.
Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bəyan edib ki, Ermənistan son vaxtlara qədər sülh prosesindən mümkün qədər uzaqlaşmağa çalışırdı. Hətta rəsmi İrəvan müxtəlif bəhanələrlə yüksək səviyyəli görüşlərdən yayınırdı. Bununla da Cənubi Qafqazda sülh prosesini müvəqqəti də olsa, bloklayaraq, vaxt qazanmağa cəhd göstərirdi. Ekspertin sözlərinə görə, rəsmi İrəvanın ümidləri özünü doğrultmadı:
"Ermənistan bu müddət ərzində vaxt qazanmaq əvəzinə vaxt itirmiş oldu. Cənubi Qafqazda geopolitik proseslər Ermənistanın əleyhinə yönəlmiş oldu. Azərbaycan ordusu əlavə hərbi-strateji üstünlüklər qazandı. Ona görə də indi sülh danışıqları Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Rəsmi Bakı öz hədəflərini Azərbaycan Ordusunu hərəkətə gətirməklə, davamlı olaraq reallaşdırır. Ermənistan isə buna hər hansı formada cavab verə bilmir. Üstəlik, ABŞ və Qərb də Ermənistana rəsmi İrəvanın umduğu səviyyədə dəstək verməyə qətiyyən həvəs göstərmir. Yəni indi Ermənistanın sülh danışıqları masasına qayıtmaqdan başqa çıxış yolu qalmayıb. Digər tərəfdən, ABŞ və Qərb Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb, çıxarılması prosesini sürətləndirməyə çalışır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bu prosesdə həlledici faktor rolunu oynayır. Ona görə də indi məhz ABŞ Azərbaycan və Ermənistan arasında yüksəksəviyyəli görüşlərin keçirilməsində birbaşa maraqlıdır. Üstəlik, ABŞ bu görüşlərdən mütləq pozitiv nəticələr almaq niyyətində olduğunu sezdirir. Yəni hazırda ABŞ Cənubi Qafqazdakı sülh prosesində təşəbbüsü Rusiyanın əlindən alıb.
Bütün bunları nəzərə aldıqda, gələn ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında yüksəksəviyyəli görüşün keçirilmə ehtimalı kifayət qədər inandırıcı görünür. Həmin görüşlərin pozitiv nəticələr verə biləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdakı geopolitik proseslərdən, xüsusilə də, Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçilikdən kənarlaşdırmağa çalışır. ABŞ və Qərb Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasında maraqlıdır, bunun mümkün qədər tez bir zamanda baş verməsinə cəhd göstərir".
Analitik vurğulayıb ki, ən əsası Rusiyadan fərqli olaraq, ABŞ və Qərb Azərbaycan-Ermənistan yekun sülh sazişinin beynəlxalq hüquq normaları çərçivəsində reallaşmasına üstünlük verir:
"Bu, Azərbaycanın maraqlarına tamamilə cavab verir. Rəsmi İrəvan isə bundan məyusdur, ona görə də son vaxtlar yenidən Rusiyaya yaxınlaşmaq istiqamətində müəyyən manevrlər etməyə çalışır. Ancaq istənilən halda, Ermənistan ABŞ və Qərbin vasitəçilik etdiyi sülh prosesini pozmağa cəsarət etməz, buna yönəlik cəhdlərin hansı ağır nəticələri doğura biləcəyini də anlayır. Ona görə də Ermənistanın sülh prosesinə qarşı müqavimətinin yaxın vaxtlarda tamamilə qırılacağı qətiyyən şübhə doğurmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya