
Vaşinqtonda imzalanmış Birgə Bəyannamə bütünlüklə Azərbaycanın maraqlarına uyğundur - ŞƏRH
10:17 10.08.2025
Gündəm
483
ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar Ağ Ev rəhbərinin Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına yüksək həssaslıqla yanaşdığını deməyə əsas verir.
Sherg.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə verdiyi bəyanatında qeyd edildiyi kimi, Prezident Tramp və onun komandası olmasaydı, bu gün Ermənistan və Azərbaycan hələ də tükənməyən danışıqlar prosesində qalardı:

“Prezident Donald Tramp Qafqaza sülh gətirir” deyən möhtərəm dövlət başçımız bununla ABŞ Prezidentinin fəaliyyətinə verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu. Azərbaycan Prezidentinin Vaşinqtona bu səfəri Ermənistan ilə sülh sazişinin imzalanması istiqamətində atılmış həlledici addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yeni, daha yüksək və daha səmərəli mərhələyə keçidi təmin edəcək. Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bunu birmənalı olaraq təsdiq edir”.
Daha sonra millət vəkili avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin bütünlüklə Azərbaycanın maraqlarına uyğun olduğunu və bu sənədin Ermənistanla sülh sazişinin imzalanması yolunda duran son maneələrin aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayaraq deyib:
“Birgə Bəyannamənin 2-ci və 3-cü bəndlərində birbaşa Azərbaycanın Ermənistanla sülh sazişini imzalaması üçün əsas şərt kimi irəli sürdüyü iki haqlı tələbin qəbul olunduğunu təsdiqləyən ifadələrin yer alması, bu sənədin ölkəmizin maraqlarına tam cavab verdiyini nümayiş etdirir. Bunlardan biri ATƏT-in Minsk Qrupunun rəsmi qaydada ləğv olunması ilə bağlı tələb idi. Bəyannamənin 2-ci bəndində isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması təsdiqlənir. Bəyanatda ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etməyə dair çağırışı da öz əksini tapıb. Azərbaycanın təkid etdiyi digər bir məsələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Birgə Bəyannamədə göstərilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın fəaliyyəti məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilir. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. Diqqətəlayiq haldır ki, cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə “Tramp Rifah və Sülh Marşrutu” kimi adlandırılan yolun bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb. Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi Ağ Evin ölkəmizə qarşı xoş niyyətinin aşkar nümayişi kimi qiymətləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol