Qalmaqallı keçmiş vəkil Elman Paşayevin oğlu ilə bağlı “qətldə ittiham” xəbərləri təkzib olunub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan şəxsin vəkili Dilan Rəcəvi bildirib ki, Elvin Paşayevə qarşı yalnız dələduzluq ittihamı irəli sürülüb və qətldə iştirakla bağlı məlumatlar həqiqətə uyğun deyil.
Məlumata görə, Elvin Paşayevə xüsusilə böyük miqyasda dələduzluğa cəhd (Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə) ittiham olunur.
Eyni zamanda qeyd edilir ki, iş materialları ayrıca olaraq qətl işi ilə birləşdirilib, lakin həmin cinayət işi naməlum şəxsə qarşı və itkin düşmə faktı üzrə açılıb. Vəkil isə vurğulayıb ki, müvəkkilinin qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur.
İstintaq materiallarına əsasən, Elvin Paşayev daşınmaz əmlakla bağlı bir sövdələşmənin hüquqi müşayiətini həyata keçirib və 46 milyon rubldan çox vəsaitin mənimsənilməsi ilə bağlı epizodda adı keçir.
Hazırda iş üzrə bir neçə şəxs saxlanılıb və istintaq tədbirləri davam etdirilir.