ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Rusiya Prezidenti Vladimir Putinın Rusiyada yüksək ictimai dəstəyə malik olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Vens bu fikirləri yeni “Comunion: A Search for My Path Back to Faith” adlı kitabında qeyd edib. O yazır ki, müxtəlif müstəqil və obyektiv qiymətləndirmələr Putinin Rusiya cəmiyyətində geniş dəstək qazandığını göstərir.
Vensin sözlərinə görə, 2024-cü ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı müxalifət nümayəndəsi ilə görüşü zamanı Rusiyanın daxili siyasi vəziyyəti müzakirə olunub. O, həmin vaxt Putinin populyarlığının səbəbləri barədə sualların müzakirəyə çevrildiyini də qeyd edib.
Bundan əvvəl müxtəlif beynəlxalq sorğularda da Putinin bir sıra ölkələrdə ən tanınan və populyar xarici liderlərdən biri olduğu iddia olunmuşdu.