Vuçiç: Avropa Ukraynanı intensiv şəkildə silahlandırır

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələrinin Ukraynanı geniş şəkildə silahlandırdığını və Kiyevlə birgə müdafiə layihələrini inkişaf etdirdiyini bildirib.

Sherg.az xəbər verir ki, Vuçiç Parisdə jurnalistlərə açıqlamasında Ukraynanın Fransa və İtaliya istehsalı olan SAMP/T zenit-raket kompleksləri əldə etdiyini deyib.

Onun sözlərinə görə, Kiyev həmçinin 16 ədəd Rafale qırıcısının alınmasına və Freya sistemlərinin birgə Avropa istehsalı ilə bağlı müqavilələr imzalayıb.

"İstənilən halda, ukraynalılar ciddi şəkildə silahlanırlar. Avropa da onları ciddi şəkildə silahlandırır", - deyə Serbiya Prezidenti vurğulayıb.