WUF13: “Bakı Fəaliyyətə Çağırışı” sənədində Azərbaycana təşəkkür edilib

WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədində Azərbaycana təşəkkür edilib.

APA xəbər verir ki, bu barədə sənədin mətnində qeyd olunub.

“Azərbaycan hökumətinə və xalqına səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. “Bakı Fəaliyyətə Çağırışı” mənzil böhranının köklü səbəbləri ilə mübarizə aparmağa yönəlmiş iddialı çağırışdır. Biz birlikdə bu çağırışlar ətrafında səfərbər olmalı və heç kəsi kənarda qoymadan bu problemlərlə mübarizə aparmalıyıq”, - qeyd olunub.