Xameneinin ilk beynəlxalq təması Putinlə ola bilər

Yaxın Şərqdə müharibə davam etdiyi bir vaxtda İranın uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan dini lideri Müctəba Xamenei ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.

Sherg.az xəbər verir ki, TASS agentliyinin iranlı mənbəyə istinadən yaydığı məlumata görə, Xamenei ABŞ və İsraillə münaqişə tam başa çatana, ölkədə təhlükəsizlik vəziyyəti normallaşana qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Mənbə bildirib ki, təhlükəsizlik səbəblərinə görə yaxın vaxtlarda onun hər hansı açıq tədbirdə iştirakı gözlənilmir.

Məlumatda Xameneinin xarici liderlə ilk təmasının da Rusiya Prezidenti Vladimir Putin ilə ola biləcəyi iddia edilir. Mənbənin sözlərinə görə, ilk əlaqə telefon danışığı və ya üzbəüz görüş formatında baş tuta bilər.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ABŞ-ın iyulun 6-dan bəri həyata keçirdiyi hücumlar nəticəsində azı 50 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Ölənlər arasında 2 uşaq və 5 qadının olduğu bildirilir.