Xankəndidə Bayrağımızın qaldırılmasına hazırlıq gedir
21:27 23.09.2023
Gündəm
373
Ermənistan mediasında yayılan məlumatların analizi Xankəndidə Azərbaycanın mərkəzi hakimiyyətinin bərpasına hazırlıq getdiyini deməyə əsas verir: artıq heç bir fəaliyyəti qalmamış separatçı rejim arxivlərini yandırır, erməni əhalisi isə nə baş verəcəyini gözləyir.
Xankəndidə ermənilər separatçılardan “nə olacaq” deyə soruşanda cavab vermirlər. Onların arxivləri yandırması isə artıq təslim olmağa hazırlaşdığından xəbər verir. Bunun fonunda diqqət çəkən məqam separatçıların “rəhbəri” olanları 20 sentyabrda təslim olduqdan sonra yoxa çıxsa da, rəsmi Bakıya qarşı əvvəl qondarma “vəzifələrdə” olmuş şəxslərin – Vardanyan, Beqlaryan və s; - danışması, ittihamlar irəli sürməsidir. Bunu hələ də “müqavimət” göstərmək cəhdi kimi qiymətləndirmək olar, hərçənd, danışanların konkret şəxslər olması və digər separatçıların ümumiyyətlə görünməməsi diqqəti başqa məqama çəkir. (axar.az)
Təslim olduqdan sonra separatçılar üçün əsas məsələ özlərini qorumaq, rəsmi Bakının amnistiya siyahısına düşməkdir, çünki Xankəndidə erməni əhalisinə təhsil, dil, din, bələdiyyə seçkisi kimi hüquqlar verilsə belə, mərkəzi hakimiyyətin bərpasından sonra qondarma qurumun keçmiş və indiki “rəhbərliyində” olanların burada qalması mümkünsüz olacaq, onlar ya həbs olunacaqlar, ya da Qarabağdan çıxmaq imkanları olacaq.
Rəsmi Bakı amnistiya təklifini irəli sürüb, amma bu o demək deyil ki, qondarma rejimin “rəhbərliyində” əvvəl və indi olanların hamısı bundan yararlana biləcək, bu prosesdə mütləq kimlərsə cəzasını da almalıdır. Və separatçılar kimlərisə “qurban” verməli olacaq. İstisna deyil ki, hazırda susanlar amnistiyadan yararlanmaq və getmək imkanı qazanmaq istəyirlər, danışanlar, ittiham irəli sürənlər isə siyahıya düşməmək təhlükəsini hiss edənlərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm