Xərçəng sürətlə yayılır: Keyfiyyətsiz ərzaq və dərmanlar, çirkli su xəstəliyə səbəbdir
Fidan Həmişəyeva
08:48 05.02.2020
Gündəm
803
Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Səhiyyə Nazirliyinin məlumatına görə, əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var. Bəs, bu xəstəliyin artmasına səbəb nədir? Keyfiyyətsiz qidalar, ekologiya yoxsa irsi faktorlar?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla onkoloji xəstəliklərin artmasını bir neçə faktorla əlaqələndirib.
Ekspert Sherg.az-a açıqlamasında bildirib ki, xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji amillərdir. Eyni zamanda ekspert ərzaq və dərman təhlükəsizliyinin, içməli su probleminin ürəkaçan olmamasını da xəstəliyin artması səbəbi kimi qeyd etdi:
"Ölkəmizdə ərzaq, dərman və içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Bütün bunlar Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalı və əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə aparılmalıdır.
Bütün dünya üzrə onkoloji xəstəliklərin artması müşahidə olunur. Amma Azərbaycanda belə xəsətliklərin çoxalması səbəbləri çoxsaylıdır. Əvvəla bir məqama diqqət yetirmək lazımdır. Ölkəmizə daxil olan ərzaq məhsullarının böyük əksəriyyəti genetik modifikasiya olunub. Demək olar ki, yerli istehsal olunan məhsullar yoxdur.
Yerli məhsullar olsa belə bazara daxil olmur. Ancaq müəyyən korporativ maraqlarla ölkəyə müxtəlif ərzaqlar, qida məhsulları gətirilir və satılır. Belə məhsulların böyük əksəriyyəti isə aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur. Keyfiyyətsiz məhsulların istifadəsi isə sonra ciddi fəlakətlərə gətirib çıxarır”.
Professor qeyd edib ki, insanların həyat tərzinə fikir vermələri də olduqca önəmli faktordur:
"İdmanla məşğul olmamaq, həddindən artıq qida qəbul etmək, artıq çəki problemi, metobolik sindromlar bəzi xəstəliklərə səbəb olur. Belə həyat tərzi onkoloji və xroniki xəsətliklərin inkişafı üçün bir fondur. Hesab edirəm ki, qida və dərman təhlükəsizlik konsepsiyamız formal xarakter daşımalı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya