
"Yalançının evi yandı, heç kim ona inanmadı” - Ermənistanın "sülh yanğısı" notları
18:20 09.12.2023
Gündəm
532
Sülh istəyən ölkə qonşusuna qarşı silahlanmaz Ermənistan tərəfi hətta onu qane edəcək şərtlərlə belə sülhə hazır deyil
"Ermənistan parlamentinin sədri Alen Simonyanın 5-10 gün ərzində sülh sazişinin imzalana biləcəyi ehtimalını irəli sürməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür". Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin bağlanmasına dəfələrlə cəhd göstərsə də, istəyimiz reallaşmayıb:

"Hələ ATƏT-in keçmiş Minsk qrupunun moderatorluğu ilə 30 il davam edən danışıqlarda tərəflər əvvəlcədən razılaşdırılmış hansısa həll paketini imzalamaq ərəfəsində olduqda belə Ermənistan müxtəlif bəhanələrlə sazişin imzalanmasına mane olub. İndi də eyni ssenari üzrə fəaliyyətlərini davam etdirirlər. "Yalançının evi yandı, heç kim ona inanmadı” atalar məsəli Ermənistanın boyuna biçilib. Ermənistan rəsmilərinin vaxtaşırı qəlblərində "sülh yanğısı" notları ilə bəyanatlar verməsi tülkülükdən başqa bir şey deyil. Sülh istəyən ölkə qonşusuna qarşı silahlanmaz və ərazi iddiasında olmaz. Fransadan müasir silahlar alan Ermənistan məlumdur ki, o silahları bizə qarşı işlətmək üçün əldə edir. Eyni zamanda əsgər və zabit heyəti Fransada xüsusi təlimlər keçirlər".
V.Əfəndiyev vurğulayıb ki, Ermənistan tərəfi hətta sadəcə onu qane edəcək şərtlərlə belə sülhə hazır deyil: "Bundan ötrü ilk növbədə Ermənistan konstitusiya dəyişikliyə gedərək qonşu dövlətlərə ərazi iddiasını şərtləndirən maddələrdən qurtulmalıdır. Uzun illər yalan üzərində qurulmuş saxta soyqırım iddiasından rəsmən əl çəkməlidir. Nəhayət, Ermənistanın gələcəkdə təcavüzkar siyasət aparmayacağını qarantiyaya alan delimitasiya və denasifikasiya edilməlidir. Yalnız bundan sonra imzalanacaq sülh sazişini etibarlı hesab etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə