Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya ilə bağlı açıqlamalarının səlahiyyət çərçivəsindən kənarda olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Kallasın səsləndirdiyi fikirlərin ona kim tərəfindən yönləndirildiyi aydın deyil və bu bəyanatlar onun mandatına uyğun gəlmir.
O əlavə edib ki, Avropa İttifaqında da Kaya Kallasın kimin adından danışdığı ilə bağlı suallar artır.
Qeyd edək ki, Kaya Kallas daha əvvəl Rusiyanın son 100 ildə bir çox ölkəyə hücum etdiyini iddia etmişdi.