Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Almaniya ilə hava hücumundan müdafiə sistemləri üçün 600 ədəd raketin alınmasına dair müqavilə imzalanıb.
Sherg.az xəbər verir ki, Zelenski bu barədə TSN-ə müsahibəsində məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Ukraynaya nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran tədarükü ilə bağlı 280 milyon dollarlıq razılaşma əldə etdiyi bildirilmişdi.