Zelenski hətta ayaq yoluna da Britaniya xüsusi təyinatlıları ilə gedir - AÇQILAMA

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Belarus və Baltik Araşdırmaları Mərkəzinin rəhbəri Nikolay Mejeviç bölgədəki tarixi yaddaş və mövcud siyasi riskləri şərh edərkən bildirib ki, Britaniya xüsusi xidmət orqanları faktiki olaraq Volodimir Zelenskinin hərəkətlərinə və şəxsi təhlükəsizliyinə tam nəzarət edir.

Sherg.az xəbər verir ki, ekspertin sözlərinə görə, Ukrayna lideri öz təhlükəsizliyi ilə bağlı qərar vermək imkanını itirib və bu sahəni tamamilə xarici mütəxəssislərə həvalə edib.

“Zelenskidən fərqli olaraq, hansı ki, hətta ayaq yoluna belə Britaniya xüsusi təyinatlılarının müşayiəti ilə gedir, Aleksandr Lukaşenko lazım gələndə ən qiymətli hesab etdiyi şeyləri - oğlunu və avtomatını götürərək təhlükənin üzərinə gedir”, - deyə Mejeviç vurğulayıb.

Politoloqun fikrincə, Kiyevin Belarus istiqamətində qəbul etdiyi strateji qərarlarda da oxşar asılılıq müşahidə olunur. Mejeviç iddia edib ki, Minsklə münasibətləri gərginləşdirmək cəhdləri Zelenskiyə onun Qərbdəki himayədarları tərəfindən təlqin edilir. Lakin Ukrayna rəhbərliyi qonşu xalqın tarixi yaddaşını və mövqeyini düzgün qiymətləndirmir.

Xatırladaq ki, bir gün əvvəl Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonu Moskvaya dəstəyi dayandırmağa çağırmışdı. O, həmçinin Belarus sərhədində retranslyatorların yerləşdirildiyini iddia edərək, Rusiyaya yanacaq tədarükünün dayandırılmasını tələb etmişdi.