Zəlimxan Məmmədlinin yolu Borçalıya açıldı
16:50 25.04.2024
Gündəm
425
Zəlimxan Məmmədlinin Borçallya yolu açıldı " Haqq və Ədalət Partiyasının sabiq Ali Məclis sədri , Milli Azadlıq hərəkatının tanınmış ismlərindən olan Zəlimxan Məmmədlinin Gürcüstana , doğulduğu torpaqlara girişinə qoyulan qadağa götürülüb.
"Sherg.az"ın verdiyi məlumata görə , bu barədə Z.Məmmədli öz feysbuk səhifəsində məlumat verib, Prezident İlham Əliyevə minnətdarlığlnı bildirib.
Z.Məmmədli bildirib ki , 2014-cü ildən mütəmadi olaraq həm Azərbaycanın, həm də Gürcüstanın rəsmi qurumlarına bu ədalətsizliyin aradan qaldırılması xahişi ilə müraciətlər edib , amma nəticə olmayıb:
" Sonuncu müraciətim bu ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə oldu. Prezidentin göstərişi ilə əlaqədar qurumlar bu problemin həlli ilə bağlı Gürcüstanın müvafiq qurumları ilə intensiv iş apardılar və mənim Gürcüstan giriş yasağım aradan qalxdı.
Bu işdə Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Gürcüstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin, DTX sədri Əli Nağıyevin əməyini xüsusi qeyd etmək istəyirəm.
Təbii ki, ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə 10 illik yurd həsrətimə son qoyduğu üçün xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda Gürcüstanın müvafiq qurumlarına Azərbaycan tərəfinin təklifinə qarşılıq verdiklərini də qeyd etməyi vacib hesab edir və qiymətləndirirəm".
Z.Məmmədli qeyd edib ki , Gürcüstan mənim üçün çox doğmadır. Əsil-nəslimin, yüz minlərlə soydaşımın məskunlaşdığı vətəndir: " Gürcüstanın unitarlığı, güclənməsi, ərazi bütövlüyünün təmini, separatçılardan təmizlənməsi, Azərbaycanla strateji tərəfdaşlığının möhkəmlənməsi ideallarım sırasındadır. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı!".
Aydın Baxış
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya