Rusiyanın İrkutsk vilayətində İya çayının səviyyəsinin qalxması nəticəsində 12 nəfər həlak olub.
Trend-in məlumatına görə, çayın səviyyəsi normadan 7 metr çox yüksəlib.
Daşqınlar nəticəsində ümumilikdə 751 nəfər zərər çəkib, onlardan 153 nəfəri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən həftənin sonunda İya çayının daşması ilə əlaqədar Tulun şəhərinin sakinlərinin təxliyəsinə başlanmışdı.