DƏHŞƏTLİ PARTLAYIŞ: Bu qədər adam ÖLDÜ


Qərbi Afrika ölkəsi Nigeriyanın Benue əyalətində bir tankerdə baş verən partlayışda ən azı 50 adamın həyatını itirdiyi bildirilir.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Benue əyalət rəsmilərdən Kristofer Ovu yerli xalqın qəzaya uğrayan tankerdəki benzini boşaltmağa çalışdığı vaxt hələ müəyyən olunmayan bir səbəbdən tankerin partladığını bildirib.
Ovu "Partlayışdan sonra bu ana qədər 50 adamın cəsədi tapılıb, 70 nəfər yaralanıb, çox sayda insan itkin düşüb", - deyib.
Yaralıların xəstəxanaya qaldırıldığını, ətrafdakı evlərin kül olduğunu söyləyən Ovu, qəzayla bağlı cinayət işi başlanıldığını qeyd edib.