Myanmada son iki həftədə 4-ü uşq olmaqla 21 nəfər "donuz qripi"ndən həyatını itirib.
APA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Myanma Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həyatını itirən şəxslərdən 18-i Yanqon bölgəsindəndir. "Donuz qripi"ndən ilk ölüm halı iyunun 19-da qeydə alınıb.
Yanqon, Saqainq və Ayeyavadi bölgələrində 340 pasiyentdən 99-da "donuz qripi" aşkarlanıb. Səhiyyə Nazirliyi mövsümi qızdırması olan şəxsləri ictimai yerlərdən uzaq durmağa səsləyib.