Gəlininə gəlinlik seçən ana toy ərəfəsində öldü 


Mingəçevirdə ölüm hadisəsi baş verib. Oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə oradadünyasını dəyişib.

APA -nın Mingəçevir bürosunun məlumatına görə,hadisə şəhərin ticarət mərkəzlərininbirindəkigəlinlik mağazasında qeydə alınıb.

Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızıgələcək gəlininəgəlinlik libası seçmək üçün mağazayagəlib. Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə bağmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerindəkeçinib.

Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış.