Beyləqanda döyülüb yolun kənarına atılan və bu gün səhər ölən 18 yaşlı Aygün Quliyevanın bacısı Gülnar Quliyeva açıqlama verib.
G.Quliyevanın APA -ya bildirdiyinə görə, bacısı sonuncu dəfə onun yaşadığı evə gəlib: “Bacım mənim evimə gəlib dedi ki, sənə qızıl sep almışam, onu vermək istəyirəm. Dedim ki, getmə, bizdə qal. Dedi ki, "yox, məni gözləyirlər gedirəm". Mənim telefonumla kiməsə zəng etdikdən sonra evdən çıxdı. Sonra telefona baxanda gördüm ki, danışdığı adamların nömrəsini telefonumdan silib.”
G.Quliyeva onu da bildirib ki, ailənin maddi imkanı zəif olduğundan bacısının meyitini günün ikinci yarısınadək xəstəxanadan götürə bilməyiblər. Kənd sakinlərinin müdaxiləsindən sonra A.Quliyevanı dəfn ediblər.