Bakıda sürət qatarının vurduğu qadın xəstəxanada ölüb.
APA -nın məlumatına görə, oktyabrın 2-də Keşlə Dəmiryolu stansiyasının yaxınlığında maşinist Ruslan Əhmədovun idarə etdiyi Lokomotiv deposuna məxsus "Stadler -EŞ2-0192"saylı Bakı-Sumqayıt istiqamətdə hərəkətdə olan zaman Bakı şəhər sakini 33 yaşlı Tacirə Süleymanlını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, oktyabrın 10-da ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmə, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.