Prokurorluq araşdırmaya başlayıb.
Şamaxı rayon hüquq-mühafizə orqanlarından Lent.az -a verilən xəbərə görə, 3 yaşlı Cəlal Rəhimovun zəhərlənməsi ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. Verilən məlumatda, onun anası tərəfindən ehtiyatsızlıqdan zəhərlənib-zəhərlənmədiyi barədə dəqiq informasiya olmadığı bildirilib. Lakin faktla əlaqədar hələ ki, heç kəs idarə və ya şöbəyə dəvət edilməyib. Bu da uşağın ailə üzvlərinin Bakıda xəstəxanada olması ilə əlaqələndirilir.
13:28
Şamaxıda zəhərlənən 3 yaşlı uşağın vəziyyəti hələ də ağırdır.
1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun Lent.az -a verdiyi məlumata görə, azyaşlının səhhətində hər hansı irəliləyiş əldə olunmayıb.
Baş həkim söhbətində bildirib ki, uşağın anası tərəfindən qəsdən və ya ehtiyyatsızlıqdan zəhərlənməsi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, hadisə bu gün səhər saatlarında Şamaxıda baş verib. Belə ki, 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu zəhərlənib. Uşağın vəziyyəti ağır olduğundan onu təcili Bakıya, 1 saylı şəhər kliniki xəstəxanasına gətiriblər.