Malaziyada elm insanları meşədə meymunların siçanla qidalandığını sübut ediblər.
"Current Biology" jurnalında dərc olunan araşdırmada, Perak əyalətində yerləşən "Segari Melintang" meşəsində yaşayan donuz quyruqlu meymunların digər növlərindən fərqli olaraq palm meyvələri ilə yox, siçanla qidalandıqları üzə çıxıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildən keçən ilə qədər davranışları qruplar halında izlənilən meymunların palm meyvəsindən çox meşədəki siçanları yediyi aydın olub.
Jurnala danışan araşdırmaçılardan Nadine Ruppert, meymunların siçan istehlakını heyrətlər içində müşahidə etdiyini ifadə edərək "Bu qədər yüksək miqdarda gəmirici heyvan ovlayacaqlarını və ya bu qədər çox ət istehlak edəcəklərini heç gözləmirdim" deyə təəccübünü gizlətməyib.
Turan