Bakıda qətl hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, şəhər sakinləri Qəribağa Fərziyev və Sərfinaz Çərkəzzadə restoranların birində yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə yol kənarında qucaqlaşıblar.
Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev gecə 23 radələrində yol kənarında oğlanla qızın qucaqlaşmasına etiraz edib.
Bu zaman yolla gedən, 1967-ci il təvəllüdlü Hamlet Novruzov M.Tağıyevə etiraz edib və onların arasında mübahisə düşüb. Mübahisə zəminində M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.
M.Tağıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.