Bakıda ər arvadını bıçaqladı

Bakıda bıçaqlanma baş verib.

APA -nın məlumatına görə, Bakı sakini 32 yaşlı Mənzərə Tarverdiyevanı əri bıçaqlayıb. Yaralı qardaşı tərəfindən dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. M.Tarverdiyeva dərhal əməliyyat olunub.

İlkin məlumata görə, bıçaqlanma ər və arvad arasında yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.