Bakıda ailə münaqişəsi zəmnində bıçaqlanma olub

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Şövqi Abdullayev küçəsində qeydə alınıb. Belə ki, ər həyat yoldaşı, 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızına bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Hadisəni törədən şəxs daha sonra özünə də xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.