Qobustanda ağır qəza: Ölənlər və yaralılar var

Qobustan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Acıdərə yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 2106” markalı maşınlar toqquşub.

Nəticədə iki nəfər -  53 yaşlı Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 25 yaşlı Rufullayev Samir Cəfərxan oğlu ölüb, üç nəfər yaralı – Corat sakini 27 yaşlı Verdiyev Seyidağa Elçin oğlu, Ağsu sakinləri 58 yaşlı Şıxəliyeva Fəridə Baldan qızı, 55 yaşlı Rüstəmova Gülzar Baldan qızı müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.