Şabran rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Ağalıq kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Fidan Eldəniz qızı Şükürlü avtomobil tərəfindən vurulub.
Yaralı ərazi baxımından yaxın olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, travmatik şok və ətrafların müxtəlif sınıqları diaqnozları qoyulub.
Qeyd edək ki, F.Şükürlü Şabran rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Eldəniz Tahir oğlu Şükürovun qızıdır.
Faktla bağlı araşdırma aparılır.