Türkiyə sahillərində zəlzələ baş verib


Türkiyə sahillərində Aralıq dənizində 3,5 bal gücündə zəlzələ baş verib.
"Sherg.az"Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:57-də Antalya vilayətinin Kumluca rayonu sahillərində qeydə alınıb.

Zəlzələnin episentri ərazidən 32,97 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 16,23 kilometr dərinlikdə yerləşib.