İtkin düşən kişinin meyiti tapıldı

Salyanda kişi meyiti aşkarlanıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

İki gün əvvəl itkin düşmüş Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində məktəb binasının yaxınlığında aşkar edilib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.