Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində Coca-Cola şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. Zərbənin gücündən hər iki yük maşını aşıb. Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.