Yeni il gecəsi 13 nəfər pirotexniki vasitələrdən xəsarət alıb


31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.