Siyəzən rayonunda ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində yataq dəsti, masa və otağın tavanı 10 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər yayıb.
Məlumatda deyilir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
FHN-in digər xəbərinə görə isə, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Hər iki halda alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.