Ötən il itkin düşmüşdü: 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - FOTO


Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.
APA-nın Gəncə bürosunun xəbərinə görə, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.