Göygöldə gənci maşın vurub

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlili kəndin yaxınlığında Fərid şadlıq sarayının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən Mövsüm adlı gənci avtomobil vurub. 

İlkin məlumata görə, xəsarət alan şəxs toydan qayıdırmış. 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olub. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.