İmişlidə azyaşlını zorlayıblar? - RƏSMİ CAVAB (YENİLƏNİB)

Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil. 

Bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov deyib:

“Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil.  Məsələ ondadır ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Məhəmməd Əvəzov ötən il oktyabrın 16-da İmişli RPŞ-yə ərizə ilə müraciət edərək 14 yaşlı oğlu Vüqarın  yaşadığı evin yaxınlığında qoyun otardığı vaxt tanımadığı şəxs tərəfindən boğularaq boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirməklə bu barədə tədbir görülməsini xahiş edib.

Araşdırma zamanı müvafiq şəxslərin izahatları alınmış, hadisə yerinə baxış keçirilmiş, şəkillər çəkilib, baxış protokolu tərtib olunaraq materiala  əlavə edilib.

Vüqarı müayinə edən həkim və ekspert rəyində qeyd olunur ki, onda aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vüqarın guya zorlanması və kanala atılması isə ümumiyyətlə uydurma və əsassız iddiadır.

Bundan başqa araşdırma zamanı Vüqarı döydürdüyü iddia olunan Zahid Vəliyev izahatında göstərib ki, Məhəmmədlə aralarında torpaq mübahisəsi var. O, həmçinin Vüqarın üstünə adam göndərmədiyini və onu döydürmədiyini, torpaq sahəsini icarəyə vermədiyi üçün Məhəmmədin qərəzli olaraq ondan əsassız şikayət etdiyini bildirib”.

14:41

Bakının Binəqədi rayonunda diqqət çəkən hadisə baş verib. Ata böyük oğlu ilə birlikdə bir neçə il azyaşlı qızına təcavüz edib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, şübhəlilər tutulub və hadisə ilə bağlı cinayət işi başladılıb (onların adları açıqlanmır).

İstintaq prosesi Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır və Respublikanın Baş prokurorunun nəzarətindədir.

Təcavüzə məruz qalan qızın 13 yaşı var. Uşağın məktəbə getməməsi ilə bağlı məktəbdə yaranan narahatlıqdan sonra hadisənin üstü açılıb.

Müəllimlər qızla əlaqə saxlayıblar, uşaq olanların son üç ildə başına gələn bütün hadisəni və buna görə dərsləri buraxdığını danışıb.

Binəqədi Rayon Polis İdarəsi işçiləri dərhal şübhəli pedofilləri tutublar.

Hadisə ilə bağlı bütün lazımi sübutlar əldə edilərək, onlara qarşı cinayət işi başlanılıb.

Saxlanılan qardaşın 21 yaşı var.

Hazırda təcavüzə uğrayan qızla psixoloqlar məşğul olur.