Bakıda sürüşmə zonasında uçqunlar var - RƏSMİ

Badamdardakı magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik davam edir.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb:

“Monitorinq və araşdırmalar davam etdirilir”.