Azərbaycanda qadın keçmiş ərinin mal-qarasını oğurladı

Şəmkir rayonunda oğurluq hadisəsi olub. Bununla bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan beş baş iribuynuzlu mal-qaranı oğurlayıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus beş baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.