Bakıda bıçaqlanan tələbə xəstəxanaya yerləşdirilib

Yanvarın 11-də 25 yaşlı İraq vətəndaşı Abbas Əli Aqeelin ağır vəziyyətdə mədəsinə vurulmuş bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, Xəzər Universitetinin ikinci kurs tələbəsidir.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Əvvəlcə Nərimanov rayonu 18-ci Polis Bölməsinin əməkdaşlarına hadisənin Təbriz küçəsi, 17 №-li binanın qarşısında baş verdiyi bildirilib.

Lakin araşdırma zamanı gəncin özünü bıçaqladığı məlum olub.

O, Zaqatala rayon sakini olan sevgilisi ilə mübahisədən sonra özünə xəsarət yetirib.

Faktla bağlı istintaq davam edir.