Qubada 58 yaşlı kişi bıçaqlandı

Qubada baçaqlanma hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Birinci Nügədi kəndində baş verib.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov tərəfindən bıçaqlanıb.

Nəticədə, N.Şəfiyev Boyunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası, traxeyanın zədələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.