Şəkidə qadın dərmandan zəhərlənib


Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib.
 "Qafqazinfo" xəbər verir ki, Şəki rayon F.X.Xoyski küçəsi, ev 52-də yaşayan 1986-cı il təvəllüdlü Məmmədkərimova Səidə Nərbəla qızı zəhərlənmə əlamətlər ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanada müayinə zamanı onun dərmandan zəhərləndiyi güman edilir. M.Səidənin dediyinə görə, onun vəziyyəti dərman qəbul etdikdən sonra pisləşib.

Hazırda xəstəyə yardım göstərilir, vəziyyətinin kafi olduğu bildirilir.