Aeroport yolunda zəncirvari qəza: Beş avtomobil toqquşdu, tıxac yarandı

Bakıda zəncirvari yol qəzası baş verib.  Oxu.Az xəbər verir ki, hadisə Ramana körpüsü, Hava limanı istiqamətində Bülbülə-Əmircan döngəsi yaxınlığında olub. 

Hadisə nəticəsində beş avtomobil toqquşub.  

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.  

Hadisədən sonra ərazidə tıxac yaranıb. 

Faktla bağlı araşdırma aparılır.