Hacıqabulda sürücü sükan arxasında ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 155-ci kilometrliyində baş verib.
Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlı 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi “Mercedes" markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. O, avtomobili yolun kənarına çəkərək saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib.
E.Nasirovun halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Təcili tibbi yardım briqadası əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.